Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 19:28

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

16:40 18.7.2015

Maşınları necə qaçırır? (video)

Reallıqda olan hadisə eynilə GTA kompüter oyununda baş verənləri xatırladır. Polisin təqib etdiyi bir şəxs yolda digər avtomobilləri saxlatdırıb sürücüləri maşınlardan düşməyə məcbur edir və avtomobilləri qaçırır (Trass.az) video burada

00:15 19.7.2015

Bir ildə maşın idxalı 2 dəfə azalıb

2015-ci ilin I yarısında Azərbaycana 17 640 avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 idi. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

01:37 19.7.2015

Bir azərbaycanlı arvadını 300 dollara satıb

Trendin məlumatına görə, Gürcüstandan olan bir azərbaycanlı Türkiyəyə bal ayı keçirməyə gəlib və xanımını bir kafedə 300 dollara satıb. Qadın iki ay sonra ona vurulan bir müştərinin köməyi ilə oradan xilas ola bilib.

23:09 19.7.2015

Atası 700 balı görəndə ağladı

Iyulun 14-də 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 9 abituriyent 700 bal toplayıb. Bunlardan 7-si birinci, 2-si isə dördüncü qrup üzrə imtahan verib.
Birinci qrup üzrə qəbul imtahanında 700 bal toplayanlardan biri də İsa Məmmədlidir. O, deyir ki, atası 700 balı görəndə ağladı.

Davamı

XS
SM
MD
LG