Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 15:43

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
17:30 7.6.2014

PUTİN UKRAYNA SEPARATÇILARI İLƏ QƏRB ARASINDA


Vladimir Putin FSB-nin Sərhəd xidmətinə göstəriş verib ki, sərhəd pozuntularının qarşısını almaq məqsədilə Rusiya-Ukrayna sərhəddinə nəzarəti gücləndirilsin. Bu haqda Rusiya prezidentinin mətbuat xidməti xəbər verir

Məlumat Ukrayna prezidenti Petro Poroshenkonun andiçmə mərasimindən dərhal sonra yayılıb. Bir gün əvvəl Poroshenko və Putinin Fransada qısa görüşü olub. Burada Putin Fransa, Almaniya, Böyük Britaniya və ABŞ liderləri ilə də qısa danışıqlar aparıb. Xəbər verilir ki, Putin-i Ukraynanın şərqindəki silahlı separatçılara dəstək verməkdən çəkindiriblər.

Rusiya Ukraynanın şərqindəki silahlı separatçılara hər hansı aidiyyatını inkar edir. Eyni zamanda burada Ukrayna hökumət qoşunlarına qarşı döyüşən dəstələr arasında Rusiyadan gələn döyüşçülərin və silahların sayı durmadan artır.
16:28 7.6.2014

POROSHENKO VƏ "SİLAH" ƏLAMƏTİ


Ukrayna prezidentinin andiçmə mərasimində fəxri qarovul zabitlərindən biri silahı əlindən yerə salıb. Epizod Petro Poroshenko parlament binasına daxil olarkən baş verib. Yaxşı əlamətdir, ya pis? Ekstrasenslik sarıdan məlum deyil, hər halda seçmə əsgərlərdən birinin silahı əlindən salması yaxşı görünmür. Xatırlayırsızsa, Viktor Yanukovych-in də innaugurasiya mərasimində kuryoz baş vermişdi. O dəfə zabit əlindən qapını buraxmışdı. Və nəhayət belə bir zarafat var ki, 2013-cü ildə Yanukovych-in problemləri İlham Əliyevi qəbul edərkən fəxri qarovul komandiri təsadüfən əlindəki qılıncla öz papağınə yerə salandan sonra başladı...
16:17 7.6.2014
Poroshenko prezidentliyə başladı
Poroshenko prezidentliyə başladı
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko iyunun 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərasimə 20-dək ölkənin siyasi lideri qatılıb. Poroshenko mayın 25-də - sələfi Viktor Yanukovych-in devrilməsi ilə nəticələnən kütləvi aksiyalardan üç ay sonra seçilib. (Video: Reuters)

Davamı

XS
SM
MD
LG